• Ətli qırmızı bibər dolması resepti

Reseptin məlumatları Baxış sayı: 9510

Tarix : 13.06.2014, 20:34

Bölmə : Quru yeməklər, Ət yeməkləri, Dolmalar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
18 ədəd orta ölçülü qırmızı bibər
300 qram orta yağlı dolmalıq qıyma
3 su stəkanı düyü
Bir yarım kq ağ quru soğan
1 dəstə cəfəri
3 diş döyülmüş sarmısaq
1 çay qaşığı kəklikotu, nanə
Bir yarım xörək qaşığı bibər tomatı
1 xörək qaşığı sous
1 su stəkanı zeytun yağı
Duz

Hazırlanması:
Bibərlərin üst qisimini kəsib içlərini çıxardın və kənara alın. Digər tərəfdən soğanları incəc doğrayın. Qıymağı dərin birqaba alın. Üzərinə yuyunmuş düyüləri, soğanları və doğranmış cəfəriləri əlavə edin. Sarmısağı, ədviyyatları və tomatları da qarışığa əlavə edib yoğurun. Hazırladığınız içliklə bibərlərin təxminən üçdə ikisini doldurun və soba nimçəsinə düzün. Üzərinə bibərləri keçəcək qədər soyuq su və zeytun yağını gəzdirin. Nimçənin üzərini alüminium kağız ilə bağlayın. Əvvəldən isidilmiş 180 dərəcəlik sobada 40 dəqiqə bişirin. Müddətin sonunda kağızı çıxardıb bibərlərin üzəri qızarana qədər sobada saxlayın. Daha sonra sobadan çıxardıb isti olaraq servis edin.

Nuş olsun!

Etiketlər: qaşığı, xörək, qədər, Üzərinə, zeytun, soğanları, sobada, əlavə, çıxardıb, stəkanı, yarım, bibər, bibərlərin, yağını, təxminən, gəzdirin, üzərini, Nimçənin, soyuq, ikisini
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
Offline
Totu
Sevdiyim yemekdi cox dadlidinyam
2 may 2016 15:26
2
Offline
turkane
cox dadlidir elerinize saliq tesekur edirem
11 yanvar 2015 23:07
1
BİZİ İZLƏYİN




Yandex.Metrica