• Heyvalı tas kababı resepti

Reseptin məlumatları Baxış sayı: 19 687

Tarix : 13-06-2014, 21:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Kabablar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
500 qr quzu (quşbaşı doğranmış)
2 ədəd heyva
2 su stəkanı düyü
2 xörək qaşığı kərə yağı
1 çay qaşığı istiot
1 çay qaşığı duz

Hazırlanması:
Düyüləri ilıq duzlu suda gözlədin. Yumru bir qabın içinə quşbaşı ət, kub şəklində doğranmış heyva, istiot və duz qoyun. Kabı geniş bir qazanın içinə tərs çevirib qoyun. Az odda 30 dəqiqə bişirin. Ağırlığı qaldırmadan kənarlarına düyünü qoyun.
Üzərinə kərə yağı qoyub duz atın. 4 stəkan isti suyu düyünün üstünə tökün.
Düyü suyunu çəkənə qədər bişirin. Tası ortasından çıxarın, qazanı tərs çevirib servis edin.

Nuş olsun!
Etiketlər: qaşığı, qoyun, istiot, içinə, bişirin, çevirib, quşbaşı, doğranmış, heyva, düyünün, üstünə, stəkan, olsun, Üzərinə, qoyub, tökün, servis, ortasından, çıxarın, qədər
BİZİ İZLƏYİN