• Zeytunyağlı bibər dolması resepti

Reseptin məlumatları Baxış sayı: 10014

Tarix : 4.03.2016, 21:00

Bölmə : Quru yeməklər, Dolmalar, Tərəvəz yeməkləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
12 ədəd dolmalıq yaşıl bibər
1 stəkan düyü (20 dəqiqə duzlu isti suda isladılan və süzülən düyü)
4 ədəd orta ölçülü quru soğan
1 stəkan zeytun yağı
3 xörək qaşığı quş üzümü (suda isladılmışi)
1 dəstə şüyüd
1 çay qaşığı darçın
Yarım çay qaşığı duz
qara bibər
1 çay qaşığı şəkər
1 ədəd limon suyu

Hazırlanması:
Bibərlərin içini çıxarın, yuyun bir kənara qoyun. İçini hazırla-maq üçün, sürtkəcdən keçirdiyiniz soğanları zeytun yağında qovurun. Üzərinə isti və duzlu suda isladıb süzdüyünüz düyünü əlavə edin və 5 dəqiqə qovurun.

1 stəkan isti suyu düyüyə əlavə edib orta dərəcəli ocaqda suyunu çəkincəyə qədər qapağı qapalı vəziyyətdə bişirin və ocağın altını söndürün. 10-15 dəqiqə qapağı açmadan dəmləndirin.

Sonra düyüyə incə doğradığınız şüyüd, quş üzümü, darçın, duz, qara bibər, şəkəri və ən son limon suyunu əlavə edin və qarışdırın. Sonra bir xörək qaşığı ölçüsündə bibərin içinə dol-durub qazana düzün. Üzərinə 2 stəkan isti su töküb, bibərlər yumşalana qədər bişirin və soyudub servis edin.

Nuş olsun!

Etiketlər: qaşığı, stəkan, əlavə, dəqiqə, bibər, darçın, qovurun, düyüyə, limon, qədər, Sonra, bişirin, qapağı, şüyüd, suyunu, Üzərinə, üzümü, duzlu, xörək, zeytun
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN