• Yaşıl rulet resepti

Reseptin məlumatları Baxış sayı: 12271

Tarix : 28.01.2016, 23:00

Bölmə : Quru yeməklər, Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
3,5 x.q. un
300 q brokkoli
4 yumurta
0,5 ç.q. soda
400 q şampinyon
100 q ərinmiş pendiri
1 x.q. xama
1 baş soğan
30 q kərə yağı
70 q bərk pendir
duz
istiot

Hazırlanması:
Brokkolini suda bişirin, brenderlə püre halına salın.
Yumurtaları ayrı qabda çalın, duz və soda əlavə edin. Tədricən un və brokkoli püresini əlavə edib bir daha çalın.
Perqamenti siniyə döşəyib yağlayın. Alınan kütləni içinə yayın, 180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin.
Korj bişənədək içi hazırlayın.

Göbələyi xırda doğrayıb soğanla qovurun, sonra blenderin qabına yığın. Ərinmiş pendir, xama, xırdalanmış bərk pendir, duz, istiot vurub eynicinsli kütlə alınanadək xırdalayın.
Hazır korjun üzərinə içi yayın, perqamentin köməyilə rulet kimi bükün. Soyuducuda 1-1,5 saat saxlayın.
Süfrəyə verərkən dilimləyin.

Nuş olsun!
Etiketlər: istiot, hazırlanmış, bişirilir, olunca, zəfəran, soğan, noxud, Sonra, ardıcıllıqla, əvvəlcədən, bulyon, süzülür, balıq, isdadılmış, yarımhazır, kartov, şirəsi, vurulub, hazır, edilir
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN