• Kağızda tərəvəzli çupra resepti

Reseptin məlumatları Baxış sayı: 13 358

Tarix : 29-01-2016, 22:00

Bölmə : Quru yeməklər / Balıq yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
4 çupra
1 kartof
2 limon
1 soğan
1 yerkökü
1 pk. Göbələk
1 dəstə cəfəri
Duz
İstiot
Dəfnə yarpağı
Zeytun yağı

Hazırlanması:
Soğanı və yerkökü nazik nazik doğrayırıq. Göbələkləri doğrayırıq. Kartofu də soyaraq incə dairəvi şəkildə dilimləyirik.Soğanı, kökü, göbələyi qarışdırma qabına alırıq. Cəfəri xırda doğrayıb əlavə edirik. Xərci qarışdırırıq. Çupralar yarıdan açılmış və içləri təmizlənmiş olmalıdır. Balıqların içlərinə duz və istiot səpirik.

Zeytun yağı tökürük. Əvvəl iki dilim kartofu qoyuruq. Üstünə qarışıq tərəvəz xərcindən qoyuruq. Üstünə də dəfnə yarpağı və limon kəsiyi qoyuruq. Üstünü örtürük. Yağlı kağız kəsib balıqları ayrı ayrı bürüyürük. Soba xonçasına düzürük. Əvvəldən isidilmiş 200 dərəcəlik sobada bişiririk.

Nuş olsun!
Etiketlər: qoyuruq, Soğanı, nazik, doğrayırıq, Zeytun, Üstünə, yarpağı, yerkökü, limon, Balıqların, qarışıq, tərəvəz, dəfnə, xərcindən, kartofu, içlərinə, dilim, Əvvəl, kəsiyi, səpirik
BİZİ İZLƏYİN