• Qızılbalıq qızartması resepti

Reseptin məlumatları Baxış sayı: 13 589

Tarix : 16-02-2016, 11:00

Bölmə : Quru yeməklər / Balıq yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 2-4


Tərkibi:
1250 q. Qızılbalıq can əti
5 pörtmüş kartof
1 dəstə göy soğan
Roka
Gilas pomidor
Duz
İstiot
Təzə biberiye
Zeytun yağı

Hazırlanması:
Qızilbalıq sümüksüz ət parçalarını boşqaba düzürük.Üzərinə zeytun yağı, duz, dəyirman istiot əlavə edirik. Biberiye yarpaqları atırıq. Hamısını qarışdırırıq. Ocaq üzərində qızartmaq üçün tavaya zeytun yağı tökürük. Balıqları götürüb çevirərək bişiririk.

Pörtmüş kartofları xırda kub şəklində doğrayırıq və qarışdırma qabına qoyuruq. Yaşıl soğanı doğrayıb əlavə edirik. Zeytun yağı, duz və istiot atıb qarışdırırıq. Xidmət qabının kənarlarına kartof salatı, roka qoyuruq. Gilas pomidorları də ikiyə kəsib üzərinə qoyuruq. Qızaran balıqları da qoyaraq xidmət edirik.

Nuş olsun!
Etiketlər: əlavə, edirik, tökürük, ətini, qoyuruq, Duzunu, Pörtmüş, stəkanı, yağını, doğrayan, bağlayaraq, bişiririk, qazana, soğanları, xirdaliyiriq, dogranilmiş, soğanlı, qoyaraq, xidmət, Üzərinə
BİZİ İZLƏYİN