• Lobyalı qızılbalıq resepti

Reseptin məlumatları Baxış sayı: 14 450

Tarix : 26-04-2016, 11:00

Bölmə : Quru yeməklər / Balıq yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : İtalyan mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
300 q. Qızılbalığı
1 kasa pörtmüş lobya
Yaşıl soğan
1 dəstə cəfəri
Kənd istiotu
Qırmızı istiot
Kiçik kahı
1 pomidor
Yaşıl zeytun
Qara zeytun
Limon
Zeytun yağı

Hazırlanması:
Qızılbalığı qazana alırıq. Üzərinə su tökürük. Duz, istiot, limon dilimi və dəfnə yarpağı ilə birlikdə qaynadırıq. Pörtən alabalığı soyuduruq. Yaşıl soğanı, cəfəri, kiçik kahıları incə nazik doğrayırıq. Qırmızı və yaşıl bibərləri seçirik və incə nazik doğrayırıq. Pomidoru doğrayırıq. Hamısını bir qaba qoyuruq.

Limon suyunu sıxırıq. Zeytun yağı tökürük və qarışdırırıq. Boşqaba tökürük. Kənarlarına qara və yaşıl zeytunları düzürük. Soyumuş qızılbalığı parça parça edib lobyanın üzərinə qoyuruq və xidmət edirik.

Nuş olsun!
Etiketlər: Yaşıl, tökürük, doğrayırıq, Limon, zeytun, Zeytun, qoyuruq, Qızılbalığı, nazik, istiot, yaşıl, parça, cəfəri, Qırmızı, Pomidoru, suyunu, bibərləri, Hamısını, sıxırıq, seçirik
BİZİ İZLƏYİN