• Soğanlı və qayın göbələkli levrek resepti

Reseptin məlumatları Baxış sayı: 12 640

Tarix : 27-03-2016, 11:00

Bölmə : Quru yeməklər / Balıq yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Soğanlı levrek:
1levrek
2 soğan
1 kasa pomidor sos
4 dəfnə yarpağı
1 limon
1 şirin k. Dənə istiot
Duz zeytun yağı

Göbələkli levrek:
1 levrek
2 şorba k. Kərə yağı
1 pk. Qayın göbələyi
4 diş sarımsaq
2 budaq biberiye
4 pomidor

Hazırlanması:
Levrekleri təmizləyirik. Soğanları lobya kimi doğrayıb zeytun yağı qoyduğumuz bir tavada qovururuq. Dənə istiot əlavə edirik. Pomidor sousu tökürük. Bişəndən sonra enli bir saxsı qabına tökürük. Üzəri balıqları yerləşdiririk. Duz və istiot səpirik. Dəfnə yarpağı və limon dilimlərini qoyuruq.

Üzərinə bir az zeytun yağı səpib əvvəldən isidilmiş 220 dərəcə sobada bişiririk. Göbələkli levrek üçün, levrek-i təmizləyirik. Göbələkləri qalın bir şəkildə doğrayıb soba qablarına qoyuruq. Doğranmış sarımsaq qatırıq. Üzərinə təmizlənmiş balıqları qoyuruq. Duz və istiot səpirik.

Balıqların üzərinə kərə yağı parçaları qoyuruq. Üstünə doğranmış pomidor və biberiye qoyub əvvəldən isidilmiş 220 dərəcə sobada bişiririk.

Nuş olsun!
Etiketlər: levrek, istiot, qoyuruq, zeytun, pomidor, təmizləyirik, doğrayıb, səpirik, balıqları, əvvəldən, sobada, bişiririk, dərəcə, isidilmiş, biberiye, Üzərinə, tökürük, yarpağı, sarımsaq, limondan
BİZİ İZLƏYİN