• Balıq iskender kabab resepti

Reseptin məlumatları Baxış sayı: 14 215

Tarix : 31-03-2016, 22:00

Bölmə : Quru yeməklər / Balıq yeməkləri / Kabablar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4 Qızılbalıq
1 soba lavaşı
1 kasa qatıq
1 salxım pomidor
Kəklikotu
Duru yağ

Üzəri üçün:
kərə yağı

Hazırlanması:
Qızılbalıq təmizləyirik və sümüksüz ət edirik. Soba xonçasına yağlı kağız sərərək üstünə balıqları düzürük.Üzərinə duz və istiot səpirik. Əvvəldən isidilmiş 180 dərəcəlik sobada bişiririk. Sosu üçün, pomidorları kub doğrayırıq. Tavaya duru yağ qoyaraq pomidorları qovururuq.

Kəklikotunu də əlavə edirik və qovrulanda altını bağlayırıq. Lavaşı doğrayaraq boşqaba alırıq. Pomidorlu sousunu və çalınmış qatığını da tökürük. Bişən balıqları dilimləyib qaba alırıq. Kərə yağını tökərək üstünə tökürük və xidmət edirik.

Nuş olsun!
Etiketlər: edirik, alırıq, tökürük, üstünə, balıqları, pomidorları, Qızılbalıq, Lavaşı, bağlayırıq, altını, əlavə, qoyaraq, qovururuq, Kəklikotunu, doğrayaraq, qovrulanda, boşqaba, dilimləyib, yağını, tökərək
BİZİ İZLƏYİN