• Yarma plovu və yay müxtəlilfliyi resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 16828

Tarix : 14.06.2014, 23:43

Bölmə : Quru yeməklər, Ət yeməkləri, Aş - Plov, Tərəvəz yeməkləri, Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 4-6




Tərkibi:
Müxtəlif lik üçün:

2 ədəd kartof
2 ədəd badımcan
2 ədəd balqabaq
3 böyük pomidor
Lobya
1 xörək qaşığı bibər tomatı
5-6 ədəd uzunsov yaşıl bibər
1 baş sarımsaq
duz, istiot
Kərə yağı ya duru yağ
400 qr ət (dana-quzu quşbaşı doğranmış)

Plov üçün:
2 stəkan plovluq yarma
3 xörək qaşığı sap şəkilli vermişel
3 stəkan ət ya da toyuq suyu
2 xörək qaşığı kərə yağı
2 xörək qaşığı duru yağ
İstiot, duz

Hazırlanması:
Tərəvəzləri soyun. Kub-kub doğrayın. Lobyaları ortadan enləməsinə ikiyə bölün. Badımcan və kartofları qaralmamaları üçün ayrı-ayrı duzlu suya qoyun. Qazana əti qoyun, ətin yağına görə lazım olsa bir-iki qaşıq yağ əlavə edin. Suyunu buraxıb çəkənə qədər qovurun. Bibər tomatını əlavə edin və qovurmağa davam edin. Pomidorların qabıqlarını soyun və doğrayın. Bibərləri içlərindən ayırın və halqa-halqa doğrayın. Sarımsaqları soyun. Qovrulmuş olan ətin üzərinə pomidorların və sarımsaqların bir qisimini əlavə edin və bir müddət qovurun.
Yarma plovu və yay müxtəlilfliyi resepti - FOTO RESEPT

Yarma plovu və yay müxtəlilfliyi resepti - FOTO RESEPT

Yarma plovu və yay müxtəlilfliyi resepti - FOTO RESEPT

Yarma plovu və yay müxtəlilfliyi resepti - FOTO RESEPT

Yarma plovu və yay müxtəlilfliyi resepti - FOTO RESEPT

Yarma plovu və yay müxtəlilfliyi resepti - FOTO RESEPT

Duzlu suya qoyduğunuz tərəvəzləri yaxşıca yuyun və süzün. Badımcanların suyunu əlinizlə sıxın. Sonra bişmə sırasına görə lobya, badımcanları, kartof və balqabaqları aralarına sarımsaqlarıda səpərək düzün. Ən üstə qalan pomidorları və bibərləri qoyun. Duz və qara bibər səpin. Az odda pomidorlar əriyənə və tərəvəzlər bişənə qədər bişirin. Bişən yeməyinizi 15-20 dəqiqə saxlayaraq servis edin.
Yarma plovu və yay müxtəlilfliyi resepti - FOTO RESEPT

Yarma plovu və yay müxtəlilfliyi resepti - FOTO RESEPT

Yarma plovu və yay müxtəlilfliyi resepti - FOTO RESEPT

Ət ya da toyuq suyunu istilədin. Plov qazanına yağları qoyun və qızdırın. Qızan yağa vermişelləri əlavə edin və qızıl rəngini alana qədər qovurun. Yarmanı əlavə edin və yarmalar parlayıb şəffaf hala gələnə qədər yaxşıca qovurun. İsti ət ya da toyuq suyunu əlavə edin və altını azaldın. Yarma suyu çəkənə qədər bişirin və altınıbağlayıb 5 dəqiqə saxlayaraq servis edin.

Nuş olsun!

Etiketlər: əlavə, qədər, qovurun, xörək, qaşığı, qoyun, toyuq, bibər, soyun, doğrayın, suyunu, dəqiqə, saxlayaraq, stəkan, çəkənə, halqa, yaxşıca, kartof, bişirin, servis
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
Offline
emis
cox dadli gorunur
18 iyul 2014 23:31
1
BİZİ İZLƏYİN