• Sobada farelbalığı resepti

Reseptin məlumatları Baxış sayı: 11252

Tarix : 8.01.2016, 23:00

Bölmə : Quru yeməklər, Balıq yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 2-4




Tərkibi:
2 farel balığı
Dəfnə yarpağı
2 diş sarımsaq
Limon
Zeytun yağı
Duz
İstiot

Salatı üçün:
Çeri pomidor
Roka
Soya filizi
Qarışıq göyərti
Qırmızı soğan
Kahı

İçlik üçün:
2 kartof
Zeytun yağı
Duz
İstiot

Hazırlanması:
Yağlanmış soba xonçasına təmizlənmiş və dilim-dilim kəsilmiş balıqları düzürük. Üzərinə bir parça dəfnə yarpağı, üstünə də bir dilim limon qoyuruq. Sarımsaqları kiçik doğrayırıq və balıqların üstünə səpirik. Duzunu və qara bibəri qoyuruq. Üstünə zeytun yağı tökürük.

Əvvəldən isidilmiş 180 dərəcəlik sobada bişiririk.garnitürü üçün, kartofları soyuruq və alma kəsiyi şəklində doğrayırıq. Yağlanmış soba xonçasına kartofları qoyuruq. Üstünə də duru yağ tökürük duzunu və istiotu atıb qarışdırırıq. Əvvəldən isidilmiş 180 dərəcəlik sobada bişiririk servis qabının ortasına qarışıq göyərtiləri qoyuruq.Rokanı əlimizlə qırıb
ortaya qoyuruq. Qırmızı soğanı xırda doğrayırıq. Çeri pomidorları də doğrayıb salatını bəzəyirik. Kənarlara kiçik kahı yarpaqlarını diziyoruz. Salatının kənarına balıq kəsiklərini düzürük. Kartofları də qoyaraq xidmət edirik.

Nuş olsun!

Etiketlər: qoyuruq, dilim, doğrayırıq, kiçik, düzürük, xonçasına, üstünə, Üstünə, bişiririk, kartofları, sobada, dərəcəlik, Əvvəldən, isidilmiş, Yağlanmış, tökürük, İstiot, yarpağı, Zeytun, Qırmızı
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN