• Çölmədə toyuq ləvəngi resepti

Reseptin məlumatları Baxış sayı: 22 586

Tarix : 9-02-2016, 16:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 4-6


Tərkibi:
Toyuq – 1 ədəd
Qoz ləpəsi – 200 q
Qırmızı soğan – 2 ədəd
Alça turşusu – 2 x.q.
Kərə yağı – 2 x.q.
Su – 1 st
Duz, istiot

Hazırlanması:
1.Toyuğa duz, istiot vurulur, alça turşusu çəkilir.
2.Ləvəngini hazırlamaq üçün: Qoz və soğan ətçəkən maşınından keçirilir, soğanın acısı tənziflə sıxılır. Qoz və soğan qarışığına alça turşusu, duz və istiot əlavə edilib qarışdırılır.
3.Ləvəngi toyuğun içinə doldurulur, qazana yerləşdirilib üzərinə su, ləvənginin qalan hissəsi və kərə yağı əlavə olunur və vam odda yağa düşünəcən bişirilir.

Nuş olsun!
Etiketlər: turşusu, soğan, istiot, əlavə, içinə, doldurulur, toyuğun, Ləvəngi, edilib, qazana, qarışdırılır, ləvənginin, düşünəcən, bişirilir, olunur, hissəsi, üzərinə, qalan, yerləşdirilib, sıxılır
BİZİ İZLƏYİN