• Makaronlu kənd toyuqu resepti

Reseptin məlumatları Baxış sayı: 14 422

Tarix : 7-03-2016, 16:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Makaron yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
1 bütün kənd toyuğu
1 paket makaron
1 kasa pomidor qurusu
2 xörək qaşığı kərə yağı
Duz
İstiot
Zeytun yağı

Hazırlanması:
Kənd toyuğunu soba xonçasına qoyuruq. Üzərinə zeytun yağı tökürük. Duzunu atırıq. Əvvəldən isidilmiş 180 dərəcəlik sobada 2 saat qədər bişiririk.

Makaronu qaynayan suya qoyuruq. Duzunu və zeytun yağını tökürük. Makaron pörtəndə süzürük. Pomidor qurusunu doğrayırıq. Tavaya kərə yağını qoyuruq. Quru pomidorları qoyuruq və qovururuq

Boşqaba makaron tökürük. Meydana toyuğu oturduruq. Üstünə də pomidor qurusunu tökərək servis edirik.

Nuş olsun!
Etiketlər: qoyuruq, tökürük, toyuğu, qurusunu, Duzunu, zeytun, yağını, makaron, pomidor, Tavaya, süzürük, Makaron, pörtəndə, Pomidor, doğrayırıq, qaynayan, tökərək, servis, edirik, Üstünə
BİZİ İZLƏYİN