• Kari souslu toyuq resepti

Reseptin məlumatları Baxış sayı: 16 842

Tarix : 9-04-2016, 11:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 q. Toyuq budu
3 diş sarımsaq
3 yaşıl istiot
2 qırmızı istiot
1 su stəkanı krem
1 şirin qaşığı kari
Duz
İstiot
Zeytun yağı

Makaron üçün:
1 paket makaron
1 dəstə reyhan
4 diş sarımsaq
1 çay stəkanı zeytun yağı
Duz
Dəyirman istiot
Su

Hazırlanması:
Toyuq budları quşbaşı doğrayırıq. Dərin bir tavaya zeytun yağı tökürük və toyuğu qovururiq Toyuq, suyunu buraxıb çəkənə qədər bişiririk. Sarımsaqları xırda doğrayırıq. Qırmızı və yaşıl bibərləri nazik doğrayırıq. Toyuq suyunu çəkəndə, sarımsaq və bibərləri atıb qovururuq. Son olaraq krem, duz, istiot və koru tökürük.

Makaron üçün, qazanda su qaynadırıq. Zeytun yağını və duzunu qoyuruq, pasta qoyub qaynadırıq. Sosu üçün, reyhanı və sarımsağı doğrayıb, doğrayıcıya qoyuruq. Zeytun yağı tökürük və doğrayıcıdan keçiririk. Ayrı bir qazana az zeytun yağı qoyuruq və sousunu tökürük. Pörtmüş və süzülmüş pasta bu qazana alırıq. İstiot qırırıq. Pasta sosu qovrulanca boşqaba tökürük. Üstünə də toyuq qovurması tökürük və xidmət edirik.

Nuş olsun!
Etiketlər: tökürük, istiot, Toyuq, zeytun, qoyuruq, Zeytun, doğrayırıq, sarımsaq, yaşıl, qaynadırıq, qazana, suyunu, stəkanı, bibərləri, İstiot, Makaron, pasta, doğrayıcıya, doğrayıcıdan, yağını
BİZİ İZLƏYİN