• Küpədə pendirli toyuq resepti

Reseptin məlumatları Baxış sayı: 15 589

Tarix : 4-03-2016, 23:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq kiçik tikə toyuq əti
3 diş sarımsaq
1 xörək qaşığı pomidor tomatı
1 ovuc içi qədər təzə kəklikotu
1 kasa əkin soğan
Duz
İstiot
Zeytun yağı

Üzəri üçün:
İstiotlu pomidor sos
Kaşar pendiri(holland)

Hazırlanması:
Dərin bir qazana zeytun yağı tökürük. Toyuğu əlavə edib qovurmağa başlayırıq. Toyuq, suyunu qoyub çəkəndə əkin soğan və sarımsaqları əlavə edirik. Qovurmağa davam edirik. Duzunu, istiotu və təzə kəklikotu qoyuruq. Bir az da bişiririk.

Kiçik saxsı qablarına bir toyuq xərci bölüşdürürük. Üzərinə pomidor sosu bölüşdürürük. Kaşar pendirini rəndələyirik və üzərilərinə bölüşdürürük. Əvvəldən isidilmiş 180 dərəcəlik sobada kaşar pendiri qızarsna qədər bişiririk.

Nuş olsun!
Etiketlər: pomidor, bölüşdürürük, edirik, soğan, bişiririk, pendiri, kəklikotu, əlavə, Kaşar, toyuq, qədər, Kiçik, saxsı, qızarsna, qoyuruq, Qovurmağa, davam, Duzunu, istiotu, qablarına
BİZİ İZLƏYİN