• Souslu kartoflu toyuq resepti

Reseptin məlumatları Baxış sayı: 17 763

Tarix : 3-11-2015, 14:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq toyuq budu
4 kartof
1 kasa istiotlu pomidor sos
1 ovuc içi qədər təzə kəklikotu
4 diş sarımsaq
Kaşar pendiri(holland)
Duz
İstiot
Toz qırmızı istiot
Duru yağ

Hazırlanması:
Toyuq budları sümüklərindən ayırıb quşbaşı doğrayırıq. Tavaya duru yağ tökürük və toyuğu qovururuq Toyuq, suyunu buraxıb çəkənə qədər bişiririk. Sarımsaqları doğrayıb əlavə edirik. Pomidor sousunu töküb qarışdırırıq.

Toyuq bişməsinə yaxın duzunu, istiotu və təzə kəklikotunu qoyuruq. Kartofları soyub kub şəklində doğrayırıq. Qazanda duru yağı qızdırırıq və kartofları qızardırıq. Yağdan aldığımız kartofların duzunu atırıq. Geniş və yayvan bir saxsı qabına toyuq sote qoyub yayırıq. Əvvəldən isidilmiş 180 dərəcəlik sobada bişiririk. Bişməsinə yaxın sobadan alırıq üstünə qızarmış kartofları qoyuruq. Kaşar pendiri rəndəsi qoyuruq. Toz qırmızı istiot səpirik. Yenidən sobaya veririk və kaşar pendiri çatdıqda xidmət edirik.

Nuş olsun!
Etiketlər: pendiri, Toyuq, qoyuruq, doğrayırıq, istiot, bişiririk, edirik, kartofları, toyuq, yaxın, qırmızı, duzunu, qədər, Kaşar, yayvan, saxsı, qoyub, Əvvəldən, yayırıq, qabına
BİZİ İZLƏYİN