• Sobada səbzəli toyuq resepti

Reseptin məlumatları Baxış sayı: 7081

Tarix : 20.01.2016, 10:00

Bölmə : Quru yeməklər, Toyuq yeməkləri, Aş - Plov, Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 bütün toyuq
1 kasa sarı balqabaq
1 dəstə qulançar
3 diş sarımsaq
Təzə biberiye
Zeytun yağı
Duz
İstiot

Plov üçün:
2,5 su stəkanı iri bolqar
2 xörək qaşığı kərə yağı
1 soğan
1 xörək qaşığı pomidor tomatı
1 xörək qaşığı istiot abqora
Zeytun yağı
Duz
Su

Hazırlanması:
Bütün toyuğun içinə duz, istiot və biberiye yarpaqları qoyuruq. Soyuducu poketin içinə alırıq. Toyuğun üstünə də duz, istiot tökürük. Poketin ağzını klipslər bağlayırıq. Balaca sarı balqabaqları köndələn ikiyə kəsirik. Qulançarları ortadan ikiyə kəsirik. Bunları da bir qarışdırma qabına alırıq. Sarımsaqları doğrayıb içinə qatırıq. Duz, istiot, biberiye yarpağı qoyuruq, zeytun yağı tökürük. Qarışdırırıq və bu qarışığı da ayrı bir soba poketinəinə doldururuq. Soba poketinin ağzını bağlayırıq. Dolduran iki poketidə də soba xonçasına qoyuruq. Əvvəldən isidilmiş 180 dərəcəlik sobada bişiririk.

Plov üçün, soğanı yeməli doğrayırıq. Qazana zeytun yağı tökürük və soğanı qoyub qovurmaya başlayırıq. Kərə yağını əlavə edirik. Tomat da qoyub qovururuq. Bolqarı da qoyuruq və qovurmaya davam edirik. Son olaraq isti suyunu axıdırıq, duzunu atırıq. Qapağını bağlayaraq bişməyə qoyuruq. Plov bişəndə boşqaba tökürük. Ortasına bişmiş olan bütün toyuğu qoyuruq. Kənarlara da digər poketdə hazırladığımız tərəvəzləri qoyaraq xidmət edirik. NOT: Soba poketindəki tərəvəzlər toyuqdan əvvəl bişdiyi üçün, sobadan daha əvvəl çıxarmalıyıq.

Nuş olsun!

Etiketlər: qoyuruq, istiot, tökürük, qaşığı, biberiye, edirik, xörək, içinə, ikiyə, alırıq, bağlayırıq, kəsirik, zeytun, soğanı, qoyub, qovurmaya, bütün, ağzını, Zeytun, əvvəl
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica