• Qiril toyuq resepti

Reseptin məlumatları Baxış sayı: 38 198

Tarix : 24-03-2016, 22:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
1 kq toyuq əti
2 kartof
2 soğan
2 yerkökü
Təzə biberiye
2 baş sarımsaq
1 kasa gilas pomidor
Zeytun yağı
Duz
İstiot

Hazırlanması:
Yağlı kağız sərilmiş soba xonçasına toyuq əzmələri düzürük Üzərinə zeytun yağı tökürük. Dəyirmandan duz və istiot qırırıq. Biberiye yarpaqları səpirik. Əvvəldən isidilmiş 180 dərəcəlik sobada bişiririk.

Kartofları soyuruq və naxışlı tərəvəz doğrayıcısıyla dilim dilim doğrayırıq. Soğanları da soyuruq və bütün şəkildə dilimləyirik Kökləri dilimləyirik 2 baş sarımsağın qabığını soydan bütün olaraq ikiyə kəsirik. Doğrayan tərəvəzlərin üzərinə zeytun yağı, duz və istiot tökürük. Biberiye yarpaqlarını atırıq və qarışdırırıq. Bu tərəvəzləri də ocaq üzərində qızardılmış tavada çevirərək qızardırıq. Boşqaba qızardılmış tərəvəzləri qoyuruq. Sobada hazırladığımız toyuqları da yanına qoyuruq. Gilas pomidorla bəzəyərək xidmət edirik.

Nuş olsun!
Etiketlər: soyuruq, Biberiye, istiot, tökürük, toyuq, bütün, qoyuruq, qızardılmış, tərəvəzləri, dilimləyirik, zeytun, dilim, yarpaqlarını, üzərinə, atırıq, qarışdırırıq, üzərində, yerkökü, tərəvəzlərin, Doğrayan
BİZİ İZLƏYİN