• Göbələkli kartoflu toyuq resepti

Reseptin məlumatları Baxış sayı: 28 923

Tarix : 2-02-2016, 13:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 6-8


Tərkibi:
1 kq toyuq budu
3 pomidor
1 soğan
2 diş sarımsaq
1 pk. Göbələk
1 şorba k. Kərə yağı
Zeytun yağı
Dəfnə yarpağı
Dənə istiot
Duz

Üzəri üçün:
2 kartof
Cəfəri

Hazırlanması:
Tavaya zeytun yağı tökürük və quşbaşı doğranmış toyuq ətini qoyaraq qovurmaya başlayırıq. Soğanı və sarımsaqları yeməli doğrayırıq. Göbələkləri 4e bölürük. Toyuq, suyunu buraxıb çəkində soğan və sarımsağı qoyuruq. Bir az istiləşəndən sonra göbələyi əlavə edirik. Dəfnə yarpağını qoyuruq. Pomidorların qabığını soyub kiçik doğrayırıq. Toyuq, suyunu çəkəndə pomidoru əlavə edirik.

Bişirməyə davam edirik. Duzunu və dənə istiotu atırıq. Kartofları barmaqdan daha incə şəkildə doğrayırıq və duru yağda qızardırıq. Toyuq bişib, suyunu tamamilə çəkəndə boşqaba tökürük. Üstünə də qızarmış kartofu qoyuruq. Üstünə doğranmış cəfəri səpərək süfrəyə veririk.

Nuş olsun!
Etiketlər: qoyuruq, edirik, doğrayırıq, suyunu, Toyuq, tökürük, doğranmış, çəkəndə, Üstünə, Dəfnə, toyuq, əlavə, soğan, Bişirməyə, pomidoru, davam, soyub, yarpağını, Pomidorların, qabığını
BİZİ İZLƏYİN