• Plovlu toyuq qovurma resepti

Reseptin məlumatları Baxış sayı: 6603

Tarix : 7.02.2016, 14:00

Bölmə : Quru yeməklər, Toyuq yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
1 bütün toyuq
1 soğan
6 kənd istiotu
1 pk. Göbələk
3 pomidor
2 diş sarımsaq
1 ovuc içi qədər təzə kəklikotu
Zeytun yağı
Duz
İstiot

Plov üçün:
3 su b. Düyü
2 şorba k. Kərə yağı
Duru yağ
Duz
Toyuq suyu
Su

Hazırlanması:
Bütün toyuğun ətli hissələrini ayırıb quşbaşı doğrayırıq. Göbələyi, soğanı, biberi və pomidoru toyuğun ölçüdə doğrayırıq. Sarımsağı doğrayırıq. Dərin bir tavaya zeytun yağı tökürük. Toyuğu qovurmağa başlayırıq. Toyuq, suyunu qoyub çəkəndə soğan və sarımsağı əlavə edirik. Soğan yumşalan bibərləri əlavə edirik və qovururuq. Pomidorları əlavə edirik. Duzunu və qara bibəri qoyuruq. Göbələk suyunu qalmasın deyə, ayrı bir tavaya zeytun yağı tökürük. Göbələyi qovururuq. Duzunu atırıq.

Daha sonra göbələyi da toyuq tavaya əlavə edirik. Təzə kəklikotu atırıq. Bütün tərəvəzlər və toyuq bişəndə altını bağlayırıq. Plov üçün, düyü yaxşıca yuyub süzürük. Qazana bir az duru yağ qoyub düyü qovurmaya başlayırıq. Kərə yağını əlavə edirik və yaxşı qovururuq. Toyuq suyunu və isti suyu veririk. Duzunu ataraq bişməyə qoyuruq. Zəif odda bişiririk. Suyunu tamamilə çəkəndə qızılı bağlayırıq və sakitləşdiririk. Baton keks qəlibini isladırıq. Plovu içinə doldururuq. Boşqaba tərsinə çeviririk. Kənarlara toyuq qovurmanı qoyaraq xidmət edirik.

Nuş olsun!

Etiketlər: edirik, əlavə, toyuq, doğrayırıq, qovururuq, tavaya, suyunu, Toyuq, Duzunu, Göbələyi, çəkəndə, atırıq, tökürük, bağlayırıq, zeytun, Göbələk, qoyub, qoyuruq, soğan, kəklikotu
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
Offline
Hesenova
terkibi xoşuma gelmedi
22 noyabr 2015 18:28
1
HAMIYA NUS OLSUN!
BİZİ İZLƏYİN




Yandex.Metrica