• Köz badımcanlı toyuq dürümü resepti

Reseptin məlumatları Baxış sayı: 14 790

Tarix : 11-02-2016, 10:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Tərəvəz yeməkləri / Qəlyanaltılar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 2-4


Tərkibi:
500 q. Toyuq
4 pomidor
4 diş sarımsaq
1 dəstə reyhan
Zeytun yağı
Kaşar pendiri (holland)
Duz
İstiot

Sousu üçün:
3 badımcan
2 qırmızı istiot
Zeytun yağı
Duz
İstiot

Xidməti üçün:
Lavaş

Hazırlanması:
Badımcanları və qırmızı bibərləri ocaq üstü közle-mə aparatında közle-yirik. Közle-dikdən sonra soyuruq.Badımcan və bibərləri sətirlə incə incə qıyırıq. Sonra ikisini qarışdırıb yeni sətirdən keçiririk. Toyuq bud ətini sümüyündən ayırıb doğrayırıq. Sarımsağı, soyulmuş pomidorları və reyhanı də doğrayırıq. Tavaya duru yağ tökürük.

Toyuqları və sarımsağı atıb qovururuq. Pomidorları əlavə edirik və bişirməyə davam edirik. Son olaraq duzunu və qara bibəri qoyuruq. Reyhanı atırıq və qarışdırırıq. Lavaşları dəzgaha düzürük. İçlərinə köz badımcan və bibər qarışığından sürürük. Toyuq s qovurması üzərinə qoyuruq. Onun da üstünə kaşar pendiri rəndələyirik. Rulon şəklində sarıb xidmət edirik.

Nuş olsun!
Etiketlər: edirik, Toyuq, qırmızı, badımcan, bibərləri, közle, İstiot, qoyuruq, doğrayırıq, pendiri, Zeytun, bibəri, duzunu, pomidor, Reyhanı, qarışdırırıq, atırıq, olaraq, davam, Pomidorları
BİZİ İZLƏYİN