• Noxud kolbasası resepti

Reseptin məlumatları Baxış sayı: 13 540

Tarix : 3-04-2016, 11:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 st. noxud
2 x.q. çuğundur şirəsi
4 diş sarımsaq
100 ml qarğıdalı yağı
2 q muskat cevizi
3 q duz
2 q qara istiot
2 q üyüdülmüş keşniş toxumu
30 q narın suxarı

Hazırlanması:
Noxudu 6 saat isladın. Bişirin. Suyunu süzün. Püre hazırlayın.

Ayrı qabda ərzaqları göstərilən nisbətdə qarışdırın, duz və istiotu isə sonradan əlavə edin. Noxudu da əlavə edib mikserlə eynicinsli kütlə alınanadək çalın.

Qida üçün folqanın üzərinə narın suxarı səpin, qaynar noxud püresini üzərinə qoyun, kolbasa kimi bükün.
Soyudun. Noxud kolbasasını süfrəyə pendir və tərəvəzlə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: Qarağat, əlavə, Meyvəli, edilir, süzülür, şərbət, qaynadıqdan, tənzifdən, sonra, şəkərli, xüsusi, keçirilib, Qazana, Şəkər, qırmızı, şəkər, edilib, blenderdən, giləmeyvəsi, qaynadılır
BİZİ İZLƏYİN