• Şabalıdlı türk plovu resepti

Reseptin məlumatları Baxış sayı: 24 604

Tarix : 26-09-2016, 12:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Aş - Plov

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1,5 kilo yağsız quzu əti
1 çay qaşığı darçın
1 yemək qaşığı qırmızı pul bibər
2 çay qaşığı qara bibər
2 çay qaşığı qaşığı duz
3 diş sarımsaq
1 ədəd böyük soğan
1 yemək qaşığı kərə yağı
1 yemək qaşığı duru yağ
1 su stəkanı isti su

Plov üçün:
750 qr. şabalıd
2 yemək qaşığı kərə yağı
2 yemək qaşığı zeytunyağı
2 su stəkanı uzun düyü
6 dənə böyük kök
2 dənə soğan
3 çay qaşığı duz
1,5 çay qaşığı qara bibər
1 çay qaşığı darçın
3,5 su stəkanı isti ət suyu

Hazırlanması:
Ətlərinizi iri parçalar halında doğrayın.
Ağzı bağlanan qazan yoxsa bir polad qazana yağları qoyun.
Əriyincə sarımsaqları içinə rəndələyin və ətlərinizi içinə atın, yaxşıca qovurun.
Ətlər yüngül suyunu verəcək, sonrada təkrar suyunu çəkincə, içinə incə doğranmış soğanlarınızı əlavə edin və təkrar birlikdə qovurun.Qovrulurkən ədviyyatları əlavə edin. Ən sonda 1 su stəkanı isti su əlavə edin və bişirməyə buraxın.
Ağzı bağlanan qazanda 30 dəqiqədə, polad qazanda təxminən 50 dəqiqədə yaxşıca bişəcəkdir. Ətləriniz bişincə altını söndürün və servis üçün gözlədin.
Plov üçün əvvəl şabalıdları təpəsindən yana doğru kəsin və sobaya qoyun, 20 dəqiqə bişirilir, 15 -20 dəqiqə sonra üzərinə azca su əlavə edin və 10 dəqiqə daha bişirin.Bişincə yüngül soyudun və sonrada soyun. Təpəsindən yana doğru kəsməzsəniz şabalıdları çətin soyarsınız, parçalanıb dağılar.
Kökləri böyük kublar halında doğrayın. Soğanlarıda kublar halında doğrayın.
Bütün hər şeyi hazırlayandan sonra plovu bişirməyə başlaya bilərsiniz.
Plov qazanımıza yağları qoyun, sonra sırayla qovurub soğan, yerkökü və düyüləri əlavə edin. Bu qarışığa sonrada şabalıdın yarısını və ədviyyatları əlavə edin.
Ən sonda ət suyunu qarışdırın və Plovunuzu üzərinə əlavə edin, qısıq atəşdə bişməyə buraxın.Plovunuz bişərkən ədviyyatları nəzarət edin, arzu etsəniz damaq dadınıza görə bir az daha ədviyyat əlavə edə bilərsiniz.
Plovunuz bişincə 15 dəqiqə istirahət etdirin. Daha sonra geniş bir servis qabına tərs çevirin, ətrafına ətlərinizi düzün. Ən üstünədə qalan şabalıdları 1 yemək qaşığı şəkər tozuyla və bir az kərəyağıyla qovurun plovun uzərinə tökün və servis edin.

Nuş olsun!
Etiketlər: əlavə, doğranmış, sonra, cəfəri, soğanı, soğan, göbələyi, Şampinyon, pomidorları, dəqiqə, etdikdən, Rəndələnmiş, edirik, sarımsağı, göbələkli, bəzəyə, bilərsiniz, olsun, Üzərini, hazırdır
BİZİ İZLƏYİN