• Ton balığı avokado qayığında resepti

Reseptin məlumatları Baxış sayı: 12 515

Tarix : 26-03-2016, 11:00

Bölmə : Quru yeməklər / Balıq yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 4-6


Tərkibi:
4 avakado
1 kasa ton balığı
1 dəstə şüyüd
1 qırmızı soğan
1 limon
1 kasa gilas pomidor
Zeytun yağı
Duz

Hazırlanması:
Avakadoları soyuruq və köndələn kəsib iki yerə bölürük. Nüvəsini çıxarırıq. Limon suyu, zeytun yağı və duzu qarışdırırıq, sos edirik. Avakadolaru bu sousa tapırıq və boşqaba düzürük.

Ton balığını qarışdırma qabına alırıq. Soğanı və şüyüdü doğrayıb əlavə edirik. Zeytun yağı və duz qoyub qarışdırırıq. Avakadoların üzərinə salatı bölüşdürürük. Üzərinə 1 budaq şüyüd batırırıq. Gilas pomidorlsrı ikiyə kəsib üzərinə yarım yarım qoyaraq xidmət edirik.

Nuş olsun!
Etiketlər: edirik, üzərinə, Zeytun, qarışdırırıq, yarım, kəsib, şüyüd, Avakadoların, əlavə, qoyub, doğrayıb, qabına, alırıq, Soğanı, şüyüdü, bölüşdürürük, pomidorlsrı, ikiyə, qoyaraq, xidmət
BİZİ İZLƏYİN