• Fıstıqlı, darçınlı toyuq qovurması resepti

Reseptin məlumatları Baxış sayı: 16 745

Tarix : 26-04-2016, 21:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : Yox


Tərkibi:
5 toyuq budu
2 x.q. yağ
1 baş soğan
1 armudu st. fıstıq (Antep)
1 ç.q. tomat pastası
1 yerkökü
1 acı istiot
1 ç.q. soya sousu
0,5 ç.q. darçın
karri
cəfəri və ya şüyüd

marinad:
1 yumurtanın ağı
1 ç.q. qara istiot
0,5 limonun şirəsi
1 ç.q. nişasta
duz
zeytun yağı

Hazırlanması:
Əvvəlcə marinadı hazırlayın: yumurta ağı, qara istiot, limon şirəsi, nişasta, zeytun yağı və duzu çalın. Toyuq budlarını içinə salıb arada qarışdıraraq 2 saat saxlayın.

Tavada yağı qızdırın, xırda doğranmış soğanla fıstıqları əlavə edib 5 dəqiqə qovurun. Tomat pastasını əlavə edib 2 dəqiqə bişirin. Yerkökünü fal-fal doğrayıb iki bölün, istiotu uzunasına doğrayın, soğanla fıstığa əlavə edin, 5 dəqiqə bişirdikdən sonra marinaddakı toyuq budlarını qoyub bişirin. Lazım gələrsə su əlavə edin. Ət bişənə yaxın darçın, soya sousu və karrini əlavə edin. Ocaqdan götürüb üzərinə xırda doğranmış göyərti səpin.

Nuş olsun!
Etiketlər: əlavə, istiot, dəqiqə, darçın, sousu, xırda, zeytun, nişasta, şirəsi, bişirin, toyuq, budlarını, soğanla, doğranmış, uzunasına, fıstıqları, istiotu, doğrayıb, Tomat, doğrayın
BİZİ İZLƏYİN