• Pendirli bulkalar resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 15 193

Tarix : 9-11-2015, 13:00

Bölmə : Quru yeməklər / Börəklər / Qəlyanaltılar / Xəmir işləri / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
400 ml süd
100 q kərə yağı
0,5 ç.q. duz
1 x.q. şəkər tozu
10 q quru maya
1 çimdik zirə
un (aldığı qədər)

iç:
150 q suluquni
təzə şüyüd

Hazırlanması:
Südü qızdırıb mayanı içində əridin.
Yağı bir qədər un, duz və şəkər tozu ilə ovun, zirə əlavə edin. Mayalı südü əlavə edin, az-az un qataraq yumşaq xəmir yoğurun. Gəlməsi üçün 40 dəqiqə isti yerdə saxlayın.

Xəmiri iki bərabər yerə bölün. Belədə onu yayıb bulka düzəltmək daha asan olur.

Pendiri sürtgəcdən keçirin, şüyüdü xırda doğrayıb pendirlə qarışdırın.

Yaydığınız xəmirlərin üzərinə içi döşəyin. Rulet kimi büküb barmaq yoğunluğunda kəsin.

Sevirsinizsə, üzərinə küncüt, yaxud qara çörəkotu səpə bilərsiniz.

Siniyə yığıb 10-15 dəqiqə şişməsi üçün saxlayın. Bu müddətdə sobanı 200 dərəcəyədək qızdırın. 20 dəqiqə, qızaranadək bişirin.

Pendirli bulkalar resepti - FOTO RESEPT

Pendirli bulkalar resepti - FOTO RESEPT

Pendirli bulkalar resepti - FOTO RESEPT

Pendirli bulkalar resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: çimdikləyib, dəqiqə, əlavə, saxlayın, qədər, üzərinə, şəkər, barmaq, yoğunluğunda, kəsin, pendirlə, doğrayıb, büküb, xəmirlərin, Yaydığınız, Sevirsinizsə, döşəyin, Rulet, qarışdırın, yaxud, dərəcəyədək
BİZİ İZLƏYİN