• Ətli bibər dolması resepti

Reseptin məlumatları Baxış sayı: 15 054

Tarix : 6-04-2016, 17:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Dolmalar / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
½ kq dolmalıq bibər,
125 qr quşbaşı doğranmış dana əti,
125 qr quşbaşı doğranmış quzu əti,
½ stəkandan bir az çox yumru düyü,
½ qəhvə fincan bulğur,
3 dənə soğan,
3 diş sarmısaq,
2 yemək qaşığı pomidor tomatı,
1 yemək qaşığı şirin bibər tomatı,
2 yemək qaşığı maye yağ,
1,5 çay qaşığı duz,
1 çay qaşığı ədviyyatlar,
Bir neçə yarpaq incə doğranmış cəfəri (istəyə bağlı)
½ fincansu (iç üçün),
1 stəkan su (bişirmək üçün),
4 dənə quzu sümüyü,
2 yemək qaşığıduru yağ (bişirmək üçün),
1 ədəd kartof (dolma qapağı üçün),

Hazırlanması:
Dolma bibərləri ayırtlayıb yuyun.
Kartofları əvvəlcə yuyun.
Kartofları soyub dolma bibər qapağı olacaq şəkildə kəsib, suda saxlayın.
İç xərci üçün dana quşbaşı və quzu quşbaşı ətlərinizi incə-incə doğrayın.
Soğanları da incə doğrayın.
2 diş sarımsağı da incə-incə doğrayın.
1,5 yemək qaşığı pomidor tomatını, 1 yemək qaşığı bibər tomatını, düyünü, bulğuru, 2 yemək qaşığı maye yağı, yarım fincan suyu, ədviyyatları, cıfərini(istəyə görə), duzu qatıb yaxşı-yaxşı qarışdirın.
Dolmalıq bibərlərinizi doldurun.
Çox basdırmadan bibərin üstündə azca boşluq qalana qədər doldurun.
Kəsdiyiniz kartoflarla bibərlərin ağzını bağlayın.
Qazana sümükləri düzün.
Üstünə doldurduğunuz bibərləri düzün.
Bir qabda 1 stəkan suyu yarım yemək qaşığıpomidor tomatı, 1 diş sarımsaq kəsin.
2 yemək qaşığı maye yağ, yarım çay qaşığı duzu qarışdırıb qazanın kənarından içinə töküb , qapağını örtün.
Orta atəşdə bişirin, qaynayınca ocağın altını lap azaldın.
Azaltdıqdan sonra 40 dəqiqə yenə bişirin.
Servis edərkən bir iki qaşıq yeməyin suyundan tabağa tökün.

Nuş olsun!
Etiketlər: qaşığı, yemək, quşbaşı, bibər, doğrayın, yarım, tomatı, doğranmış, düzün, istəyə, bişirmək, bişirin, tomatını, qapağı, bibərləri, stəkan, pomidor, Kartofları, fincan, doldurun
BİZİ İZLƏYİN