• Quzu qabırğası dolması resepti

Reseptin məlumatları Baxış sayı: 17 139

Tarix : 20-03-2016, 14:12

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Dolmalar / Aş - Plov

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 6-8


Tərkibi:
1 ədət quzu qabırğası,
1 ədət iri soğan,
3 stəkan düyü,
1 çat qaşığı istiot,
Duz,
1 çay stəkanı maye yağ,
1/2 çay stəkanı su,

Hazırlanması:
Qabırğayı qəssabda dolmalıq olaraq açdırın.
İç və çöl hissəsini duzlayın.
Bir dərin qab içərisinə yuyulmuş və süzülmüş düyünü əlavə edin.
Üstünə kiçik küp halında doğranmış soğanı, duz və istiotu əlavə edin.
Maye yağı da əlavə edib yaxşı-yaxşı qarışdırın.
Hazırladığınız ərzağı qabırğanın içinə doldurun.
Və açıq olan hissəsini istiyə davamlı qalın bir ip ilə tikin.
Quzu qabırğasının üstünü qəssabın qabırğa ilə birlikdə verdiyi yağlı piy pərdəsi ilə örtün.
Bir siniyə yağlı kağız sərin və qabırğanı yağlı kağızın üstünə qoyun.
1/2 çay stəkanı suyu qabırğanın üstünə töküb hər tərəfini örtəcək şəkildə əvvəlcə yağlı kağıza, sonra alüminyum folyaya sarıyın.
İmkanınız varsa odun atəşində daş ocaqda ,yoxsa fırnda bişirin.

Nuş olsun!
Etiketlər: yağlı, stəkanı, əlavə, yaxşı, qabırğanın, hissəsini, üstünə, kağız, sərin, qoyun, kağızın, qabırğanı, pərdəsi, qəssabın, üstünü, qabırğa, birlikdə, örtün, verdiyi, siniyə
BİZİ İZLƏYİN