• Xardal sousunda toyuq qızartması resepti

Reseptin məlumatları Baxış sayı: 18 642

Tarix : 10-02-2016, 16:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Souslar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 6-8


Tərkibi:
1,5 kq toyuq (yaxud toyuq budu)
10 diş qabıqlı sarımsaq

sous-marinad:
1 x.q. toxumlu xardal
1.5 ç.q. paprika
1 ç.q. sarıkök
2 x.q. mayonez
2 x.q. qatıq
1 x.q. bal
1 x.q. limon şirəsi
duz
qara istiot

Hazırlanması:
Sous üçün olan ərzağı bir kasada qarışdırın.

Toyuğu dörd yerə bölün, duzlayın. Əti hazırladığınız marinadda 1-2 saat saxlayın.
Çuqun (adi də olar) tavaya əti düzün. Kənarlarından 1/4 st. su tökün, üzərinə qabıqlı sarımsaqları düzün.

Üzərini folqa ilə bağlayıb 250 dərəcə qızdırılmış sobada 40-45 dəqiqə bişirin. Sonra folqanı çıxarın, toyuq qıpqırmızı qızaranadək sobada bişirməyə davam edin.

Üzərinə göyərti səpin.

Nuş olsun!
Etiketlər: toyuq, düzün, qabıqlı, sobada, bağlayıb, dərəcə, qızdırılmış, folqa, sarımsaqları, Kənarlarından, tökün, üzərinə, dəqiqə, Üzərini, folqanı, Üzərinə, göyərti, səpin, olsun, davam
BİZİ İZLƏYİN