• Narhəngi resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 13 731

Tarix : 7-02-2016, 21:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 1-2


Tərkibi:
300 q sümüksüz qoyun əti
3 kartof
2 şirin bibər
3 baş soğan
2 yerkökü
4 diş sarımsaq
1 dəstə keşniş
1 dəstə şüyüd
50 ml bitki yağı
1 ç.q. keşniş toxumu
1 ç.q. zirə
duz
təzə üyüdülmüş qara istiot
3 pomidor
* (əti reseptdə göstəriləndən 2 dəfə artıq götürə bilərsiniz)

Hazırlanması:
Keşniş toxumu və zirəni həvəngdəstədə əzin.

Qoyun ətini gilənar boyda doğrayın. Ədviyyatın yarısı ilə qarışdırın. Soyuducuda 2 saat saxlayın.

Bu müddətdə tərəvəzi hazırlayın. Yerkökünü saman kimi doğrayın.

Pomidorların uc tərəfində iti bıçaqla xaçvari kəsik edin, üzərinə qaynar su tökün, sonra soyuq suya salıb çıxarın. Qabığı rahat soyulacaq. Kubik doğrayın.

Soğanı yarımhalqa doğrayıb 2 bölün (1/4 halqa). Şirin bibəri saman kimi doğrayın. Sarımsağı əzin.

Kartofu təmizləyib nazık barmaq yoğunluğunda uzun doğrayın.

Keşnişlə şüyüdü xırda doğrayın.

Qalın dibli qazanda yağı qızdırın. Əti əlavə edib iti odda qəhvəyi rəng alanadək qovurun.

Ocağı lap azaldın. Əti qazanın dibinə yayın. Üzərinə soğanı sıx-sıx düzüb ədviyyatın qalanını səpin, duzlayın.

Digər ərzağı da sıx-sıx, lay-lay düzün: yerkökü+pomidor+göyərti+sarımsaq+şirin bibər. Bibərlə göyərti kartofla pomidoru ayıran lay olmalıdır, çünki turş mühitdə kartofun dadı dəyişir.

Bibərin üzərinə kartofu düzün.

Qazanın qapağını kip bağlayın. Çünki bütün yuxarı laylar buxarda bişməlidir. Əgər qapaq kip bağlanmırsa, üzərindən folqa çəkin.

2 saat vam odda bişirin.

2 saat sonra qazanı qarışdırıb istiot vurun. Bu vaxt görəcəksiniz ki, yeməyin xeyli suyu var (fikir verdinizsə, əvvəldən su əlavə olunmadı).

Süfrəyə isti-isti verin.

Narhəngi resepti - FOTO RESEPT

Narhəngi resepti - FOTO RESEPT

Narhəngi resepti - FOTO RESEPT

Narhəngi resepti - FOTO RESEPT

Narhəngi resepti - FOTO RESEPT

Narhəngi resepti - FOTO RESEPT

Narhəngi resepti - FOTO RESEPT

Narhəngi resepti - FOTO RESEPT

Narhəngi resepti - FOTO RESEPT

Narhəngi resepti - FOTO RESEPT

Narhəngi resepti - FOTO RESEPT

Narhəngi resepti - FOTO RESEPT

Narhəngi resepti - FOTO RESEPT

Narhəngi resepti - FOTO RESEPT

Narhəngi resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: doğrayın, toxumu, üzərinə, düzün, istiot, göyərti, sonra, pomidor, keşniş, dəstə, saman, əlavə, şirin, bibər, sarımsaq, yerkökü, Digər, ərzağı, Bibərlə, olmalıdır
BİZİ İZLƏYİN