• Boranı və qiymə ilə makaron zapekankası resepti

Reseptin məlumatları Baxış sayı: 14 652

Tarix : 21-02-2016, 20:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Makaron yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
400 q makaron
400 q qiymə
400 q boranı
250 q öz şirəsində pomidor
2 baş soğan
200 ml süd
100 q parmezan
1 yumurta
3 x.q. kərə yağı
1 x.q. un
1 ç.q. quru oreqano
duz
qara istiot
1 ç.q. şəkər tozu
1 x.q. balzam sirkəsi

Hazırlanması:
Boranını nazik şəridlərə doğrayıb hissə-hissə tavada 1 x.q. kərə yağında qovurun. Çıxarıb duz vurun.

Makaronu suda bişirib süzün (suyunu atmayın).

Soğanı xırda doğrayıb 1 x.q. kərə yağında qovurun. Qiyməni əlavə edib rəngi dəyişənədək bişirin, pomidorları, balzam sirkəsi və şəkər tozunu əlavə edin, duz-istiot, ədviyyat vurun.

Başqa tavada 1 x.q. kərə yağını əridin, un qatıb qarışdırın, qovurun, amma rəngi dəyişmədən südü və makaronu süzdüyünüz suyun 200 ml-ni əlavə edin, 3 dəqiqə bişirin. Ocaqdan götürün. Yumurta sarısı əlavə edib qarışdırın, duz, istiot vurun.

İri formanı yağlayın, makaronu içinə tökün, üzərinə boranını və qiyməni döşəyin. Südlü sousu üzərinə gəzdirib parmezan səpin.

200 dərəcə qızdırılmış sobada 20 dəqiqə, üzəri qızılı rəng alanadək bişirin.

Nuş olsun!
Etiketlər: əlavə, qovurun, vurun, istiot, bişirin, qarışdırın, dəqiqə, doğrayıb, hissə, yağında, tavada, rəngi, sirkəsi, balzam, parmezan, üzərinə, şəkər, makaronu, yağlayın, formanı
BİZİ İZLƏYİN