• Boranılı-pendirli empanadas resepti

Reseptin məlumatları Baxış sayı: 13 607

Tarix : 1-04-2016, 23:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Börəklər / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
hazır şəkərli xəmir
1 qırmızı soğan
1 diş sarımsaq
1/2-1/3 st. boranı püresi
130 q feta (brınza)
duz
istiot
1 x.q. zeytun yağı
0,5 ç.q. quru kəklikotu
1 yumurtanın sarısı (+1-2 x.q. süd - üzərinə)
küncüt

Hazırlanması:
Zeytun yağında soğanı və sarımsağı yumşalınca qovurun, kəklikotu, boranı püresi qatıb qarışdırın. Bir neçə dəqiqə bişdikdən sonra xırdalanmış feta, duz və istiot əlavə edin.

Xəmiri nazik yayın, fincanla dairələr kəsin. Hər birinin ortasına iç qoyub, kənarlarını bitişdirin, çəngəllə kənarlarına basıb naxış qoyun. Siniyə düzüb diş çöpü ilə bir neçə yerindən deşik açın. Üzərinə südlə çalınmış yumurta sarısı çəkin. Küncüt səpin.

180-190 dərəcə qızdırılmış sobada 30 dəqiqə, qızılı rəng alanadək bişirin.

Nuş olsun!
Etiketlər: boranı, kəklikotu, püresi, dəqiqə, istiot, sarısı, naxış, yerindən, düzüb, Siniyə, qoyun, kənarlarına, qoyub, ortasına, birinin, kənarlarını, bitişdirin, deşik, çəngəllə, basıb
BİZİ İZLƏYİN