• Yunan musakkası resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 15 403

Tarix : 27-01-2016, 23:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Tərəvəz yeməkləri / Börəklər / Qəlyanaltılar / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 4-6


Tərkibi:
2 böyük pomidor
1 iri badımcan (yaxud 3 balaca)
500 q kartof
400 q qiymə
1 iri baş soğan
1 diş sarımsaq
50 q bərk pendir
duz-istiot
1 çimdik rozmarin və kəklikotu qurusu
zeytun yağı

beşamel sousu:
1 çimdik muskat cevizi
1 yumurta
1 x.q. un
1 x.q. kərə yağı
150 q 15-20%-li xama
250 ml süd

Hazırlanması:
Kartofu yuyub suda qabıqlı bişirin (20-30 dəqiqə, hazır olanadək). Suyunu süzüb kartofu soyudun.

Badımcanı yuyun, uzunasına nazik dilimlərə doğrayın. Zeytun yağında hər üzünü 3-4 dəqiqə qızardın. Bir qaba yığın.

Soğanla sarımsağı xırda doğrayın. Badımcanları qızartdığınız yağda təxminən 3-4 dəqiqə qovurun. Qiymə, rozmarin, kəklikotu, duz, istiot vurub 5 dəqiqə qarışdıraraq bişirin.

Soyumuş kartofun qabığını soyun. Kartofu və pomidoru nazik dilimlərə doğrayın.

Odadavamlı formanı yağlayın. Layları sıx-sıx düzün: kartofun yarısı + qiymə + kartof + badımcan + pomidor.

Sobanı 200 dərəcə qızdırın.

Beşamel sous: tavanı qızdırın, yağda unu 2-3 dəqiqə qarışdıraraq qızılı rəng alanadək qovurun. Başqa qabda südü qaynadın. Qovurduğunuz unu qarışdıra-qarışdıra qaynar südü əlavə edin, sürətlə qarışdıraraq ocağı söndurun. Xama və yumurtanı əlavə edin. Duz, istiot, muskat cevizi əlavə edin.

Sousu formadakı musakkanın üzərinə gəzdirin. Pendiri sürtgəcdən keçirib üstünə səpin, sobada 30 dəqiqə bişirin.

Yunan musakkası resepti - FOTO RESEPT

Yunan musakkası resepti - FOTO RESEPT

Yunan musakkası resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: dəqiqə, istiot, doğrayın, qarışdıraraq, əlavə, bişirin, yağda, qarışdıra, nazik, cevizi, qızdırın, Kartofu, kəklikotu, muskat, rozmarin, dilimlərə, badımcan, pomidor, kartofun, çimdik
BİZİ İZLƏYİN