• Tərəvəz marinadı ilə balıq qızartması resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 15 912

Tarix : 9-04-2016, 23:00

Bölmə : Quru yeməklər / Balıq yeməkləri / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 2-4

Tərkibi:
500 q balıq (ağ balıq, xek, treska)
2 yerkökü
1 baş soğan
30 q tomat pastası
30 q kərəviz kökü
1-2 ç.q. şəkər tozu
2 x.q. alma, yaxud üzüm sirkəsi
un (balığı batırmaq üçün)
qızartmaq üçün bitki yağı
1 dəfnə yarpağı
1/5 ç.q. darçın
3 mixək
5 dənəvər qara istiot
duz

Hazırlanması:
Yerkökünü təmizləyib sürtgəcin iri gözündən keçirin (yaxud koreya üsulu yerkökü üçün olan sürtgəcdən). Kərəvizi də təmizləyb sürtgəcdən keçirin, yerköküylə qarışdırın.

Soğanı təmizləyib yarımhalqa doğrayın, ayrı qaba yığın.

Tavanı orta itilikli ocağın üzərinə qoyun, azca yağ töküb soğanı şəffaflaşanadək qovurun. Yerköküylə kərəvizi əlavə edin, 10 dəqiqə qovurun. Soğan açıq-sarı rəngdə olmalıdır. Tomat pastası əlavə edib daha 7-10 dəqiqə bişirin. 2 st. qaynanmış isti su, sirkə, istiot, darçın, mixək, şəkər tozu və duz əlavə edin. 15-20 dəqiqə bişirin, sonra dəfnə yarpağını salın.

Marinad hazır olanadək balığı qızardın.
Balığı doğrayın, qabırğa sümüklərini çıxarıb atın, duzlayın, una batırın.
Tavanı orta itilikli odda qızdırın, azca yağ töküb balıq tikələrini hər iki üzü qızılı rəng alanadək qızardın.
Qızarmış tikələri marinad olan tavaya düzün, çəngəllə üstündən basıb "batırın". Tavanı vam ocağın üstünə qoyun, qapağını örtün, 10 dəqiqə bişirin. Sonra ocağı söndürün. 10-15 dəqiqə saxlayın.
Süfrəyə bişmiş kartof, kartof püresi, düyü və ya qarabaşaq dəmləməsi ilə verə bilərsiniz.

Tərəvəz marinadı ilə balıq qızartması resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: dəqiqə, Tavanı, balıq, əlavə, bişirin, istiot, doğrayın, təmizləyib, itilikli, keçirin, töküb, batırın, qızardın, qovurun, mixək, qoyun, ocağın, sürtgəcdən, yaxud, balığı
BİZİ İZLƏYİN