• Qara çayla hisə verilmiş skumbriya resepti

Reseptin məlumatları Baxış sayı: 16 765

Tarix : 26-01-2016, 17:00

Bölmə : Quru yeməklər / Balıq yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 2-4


Tərkibi:
2-3 skumbriya
75 q qara quru çay (earl gray)
75 q düyü
50 q duz
75 q demerar şəkəri (qəhvəyi şəkərin növü)
20 q quru rozmarin

Hazırlanması:
Balığın filesini duzlayıb 10 dəqiqə saxlayın.

Dərin tavanın dibinə folqa döşəyin. Üzərinə düyü, çay, rozmarin, şəkər tozu səpin. Üzərinə şəbəkə qoyun. Balığı axar suyun altında yuyun, salfetlə qurulayın.

Balığı şəbəkənin üzərinə qoyun. Tavanın qapağını bağlayın. Havaçəkəni qoşun. Balığı 10-12 dəqiqə bu qaydada bişirin (hisə verin).

Çayı, şəkər tozu və düyünü atın. Balığı süfrəyə qaynadılmış kartofla verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: Balığı, Üzərinə, dəqiqə, şəkər, rozmarin, qoyun, yuyun, Tavanın, üzərinə, şəbəkənin, salfetlə, qurulayın, qapağını, Havaçəkəni, süfrəyə, qaynadılmış, kartofla, bilərsiniz, düyünü, verin
BİZİ İZLƏYİN