• Sahan kababı resepti

Reseptin məlumatları Baxış sayı: 14 278

Tarix : 1-04-2016, 21:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Kabablar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : Yox


Tərkibi:
150 q yağlı quzu qiyməsi
1 dəstə cəfəri
sarımsaq
250 q çörək xəmiri
100 q sürtgəcdən keçirilmiş holland pendiri
2 x.q. üyüdülmüş antep fıstığı
1 x.q. küncüt
1 x.q. kərə yağı
duz

Hazırlanması:
Quzu qiyməsinə duz və xırda doğranmış cəfəri, əzilmiş sarımsaq əlavə edib qarışdırın. Qiyməni 2 ədəd şişə çəkib (lülə kimi) manqalda, yaxud sobada qızardın.

Xəmiri iki yerə bölün, kababların uzunluğunda yayın. Üzərinə sürtgəcdən keçirilmiş holland pendiri və üyüdülmüş antep fıstığı səpin. Kababları şişlərdən çıxarıb üzərinə qoyun (hər xəmir lavaşına bir lülə). Lavaşı bükün. Üzərinə küncüt səpin. 250 dərəcə qızdırılmış sobada qızarınca bişirin.

Eyni böyüklükdə doğrayın, üzərinə əridilmiş kərə yağı gəzdirin.

Yanına doğranmış pomidor və bibər düzərək süfrəyə verin.

Nuş olsun!
Etiketlər: antep, üyüdülmüş, holland, fıstığı, küncüt, sobada, doğranmış, keçirilmiş, pendiri, cəfəri, Üzərinə, sürtgəcdən, səpin, sarımsaq, üzərinə, bükün, çıxarıb, qızdırılmış, dərəcə, xəmirlərdən
BİZİ İZLƏYİN