• Toyuq ətindən qulyaş resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 23 235

Tarix : 25-11-2015, 16:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Tərkibi:
500 q toyuq filesi
1 iri baş soğan
1 bolqar bibəri
1 yerkökü
2 x.q. tomat pastası
2 ç.q. ketçup
bitki yağı
istiot
kabab üçün ədviyyat

Hazırlanması:
Toyuq ətini soyuq suda yuyub böyük olmayan tikələrə doğrayın.

Soğanı nazik yarımhalqa doğrayın. Qızdırılmış tavada vam odda qovurun.

Yerkökünü koreya üsulu yerkökü üçün olan sürtgəcdən keçirin, soğanı 3 dəqiqə qovurduqdan sonra yerkökünü əlavə edin.

Bolqar bibərini nazik saman kimi doğrayın.

Yerkökü ilə soğanı yaxşıca qovurduqdan sonra toyuq ətini əlavə edib qarışdırın. 5 dəqiqə bişirdikdən sonra bibəri əlavə edin.

Kasada tomat pastası, ketçup, duz-istiotu eynicinsli kütlə alınanadək qarışdırın.

Toyuq əti qızılı rəng alanda tomatlı qarışığı, 2 st. soyuq su, duz, istiot, kabab üçün ədviyyat əlavə edin, ocağı artırın.

Qaynara düşəndən sonra ocağı azaldın, tavanın qapağını örtüb 15 dəqiqə bişirin. Bir neçə dəfə qarışdırın.

Duzunu yoxlayın, azdırsa, əlavə edin.

Süfrəyə kartof püresi və makaronla verə bilərsiniz.

Toyuq ətindən qulyaş resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: əlavə, sonra, doğrayın, dəqiqə, qarışdırın, ətini, Toyuq, soyuq, nazik, ədviyyat, soğanı, ocağı, qovurduqdan, tomat, toyuq, bibəri, yerkökü, kabab, pastası, ketçup
BİZİ İZLƏYİN