• Göbələkli toyuq ruleti resepti

Reseptin məlumatları Baxış sayı: 18 837

Tarix : 12-03-2016, 21:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Tərəvəz yeməkləri / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 6-8


Tərkibi:
4 toyuq filesi
200 q göbələk
4 x.q. sürtgəcdən keçirilmiş pendir
1 baş soğan
duz
qara istiot
100 q bitki yağı
200 q xama
5 diş sarımsaq
2 x.q. doğranmış şüyüd

Hazırlanması:
Toyuq filelərini döyün, duz, istiot vurun.

Göbələklə soğanı xırda doğrayın, azca duz-istiot vurmaqla qovurun, soyudun.

Sous: xama, doğranmış şüyüd, əzilmiş sarımsağı qarışdırın.

Filenin üzərinə qovrulmuş göbələyi qoyun, pendir səpin, rulet kimi bükün, diş çöpləri ilə bərkidib tavada hərtərəfli qızardın.

Sonra dərin tavaya düzüb, üzərinə sous gəzdirib vam odda 15-20 dəqiqə bişirin.

Süfrəyə soyutma kartofla verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: istiot, pendir, doğranmış, şüyüd, üzərinə, hərtərəfli, bərkidib, tavada, çöpləri, bükün, göbələyi, qovrulmuş, qoyun, səpin, rulet, qızardın, düzüb, soyutma, kartofla, bilərsiniz
BİZİ İZLƏYİN