• Kəsmikli küftələr resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 13 896

Tarix : 27-02-2016, 20:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : Yox


Tərkibi:
500 q mal qiyməsi
200 q kəsmik
1 yumurta
50 q şam fıstığı
2 x.q. parmezan
1 limonun sedrası
1 baş soğan
3 diş sarımsaq
5-6 yarpaq cəfəri
2 ç.q. reyhan qurusu
1 ç.q. mərzə qurusu
1 ovuc xırdalanmış suxarı
duz

sous:
2 banka doğranmış pomidor (600 ml)
150 ml bulyon
3 x.q . balzamik sirkə

Hazırlanması:
Şam fıstığını quru tavada qovurun.
Soğan və sarımsağı xırda doğrayın, zeytun yağında qovurun, quru otları əlavə edin.
Qiymə ilə kəsmiyi qarışdırın, doğranmış cəfərini, yumurta, xırdalanmış suxarı, sürtgəcdən keçirilmiş pendir, limon sedrasını əlavə edin, duz vurub qarışdırın.

Qovrulmuş soğanla şam fıstığını əlavə edin. Bir az soyudun.
Küftələr tutun.
Tavada zeytun yağını qızdırın, küftələrin hər üzünü təxminən 2 dəqiqə, qızılı rəng alanadək qızardın.

Bu müddətdə sousu hazırlayın.
Pomidorları blenderdən keçirib püre halına salın, bulyonla qarışdırıb qızdırın, balzamik sirkəni əlavə edin, amma qaynatmayın.
Bütün küftələr qızardıqdan sonra dərin tavaya yığıb qaynar sousu üzərinə gəzdirin, qapağını qoyub 15-20 dəqiqə bişirin.

Kəsmikli küftələr resepti - FOTO RESEPT

Kəsmikli küftələr resepti - FOTO RESEPT

Kəsmikli küftələr resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, doğranmış, sousu, suxarı, xırdalanmış, balzamik, qovurun, fıstığını, zeytun, qarışdırın, qurusu, yumurta, qızdırın, dəqiqə, Pomidorları, yağını, keçirib, Tavada, blenderdən, hazırlayın
BİZİ İZLƏYİN