• Pomidorla pendir piroqu resepti

Reseptin məlumatları Baxış sayı: 15 198

Tarix : 13-05-2016, 23:00

Bölmə : Quru yeməklər / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 4-6


Tərkibi:
200 q pendir
100 q kərə yağı
4 yumurta
200 q un
ağ istiot
8 pomidor
150 ml xama
100 ml yağlı qaymaq
muskat cevizi
ətirli göyərti qurusu

Hazırlanması:
Pendirin yarısını (100 q) sürtgəcdən keçirin.

Un, yağ, 1 yumurtanın ağı, bir çimdik duz və sürtgəcdən keçirdiyiniz pendirdən xəmir yoğurun. Qida plyonkasına büküb soyuducuda 1 saat saxlayın.

Pomidorları yuyub qurudun, nazik dilimlərə doğrayın.

Xama ilə qaymağı çalın, yumurtaları və qalan yumurta sarısını əlavə edin, duz, istiot, ətirli göyərti qurusu və muskat cevizi qatın. Pendirin qalanını da sürtgəcdən keçirib əlavə edin.

Sobanı 200 dərəcə qızdırın.

Xəmiri yayın. Yağlanmış formaya döşəyib kənarlarını qaldırın. Pomidor dilimlərini düzüb üzərinə xamalı-yumurtalı qarışığı əlavə edin. 35 dəqiqə bişirin. Sonra sobanı söndürüb piroqu içində daha 5 dəqiqə saxlayın.

Nuş olsun!
Etiketlər: sürtgəcdən, əlavə, göyərti, ətirli, Pendirin, dəqiqə, saxlayın, cevizi, qurusu, istiot, muskat, yumurta, yayın, Yağlanmış, döşəyib, kənarlarını, formaya, Xəmiri, qaldırın, Sobanı
BİZİ İZLƏYİN