• Tskan resepti

Reseptin məlumatları Baxış sayı: 19 503

Tarix : 21-02-2016, 10:00

Bölmə : Quru yeməklər / Börəklər / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
xəmir:
3,5 st. un
2 x.q. süd
1 yumurta
su
duz, istiot

iç:
3 baş soğan
5 kartof
500 q file
yaşıl soğan
şüyüd

sous:
2 st. süd
3 yumurta
0.5 st. bitki yağı

Hazırlanması:
Xəmiri yoğuracağınız qaba süd, un, yumurta, duz töküb, suyu yavaş-yavaş əlavə edib yumşaq xəmir yoğurun. Hazır xəmirin üstünü örtüb bir az dincəlməsi üçün kənara qoyun.

Xəmir özünə gəldiyi müddətdə içi hazırlayın. Bunun üçün əvvəlcə fileni və soğanı ət maşınından keçirin, çiy kartofu samanvarı doğrayıb, üzərinə doğranmış göyərtiləri və duz, istiot vurub qarışdırın.

Ən sonda sousu hazırlayın. Bunun üçün südün üzərinə yumurtanı və yağı töküb çəngəllə bir az çalın.

Tskanın hazırlanması üçün xəmirdən 8 kündə tutub bir-bir yayın. Yaydığınız xəmirləri bir-bir soba tavasına salıb üzərinə hazırladığınız sousdan yayın. 4 qat xəmir qoyduqdan sonra üzərinə içlik yayıb, eyni qayda ilə yerdə qalan 4 kündəni də içliyin üzərindən salın. Sonuncu yuxanın üzərinə sous yaxıb, küncüt və qaraçörəkotu səpib 150 dərəcə qızdırılmış sobada təxminən 1 saata yaxın bişirin.
Yemək süfrəyə isti halda təqdim edilir.

Nuş olsun!
Etiketlər: üzərinə, yumurta, xəmir, töküb, hazırlayın, Bunun, yayın, yavaş, soğan, istiot, yayıb, sonra, qayda, içlik, qalan, içliyin, kündəni, yerdə, qoyduqdan, tavasına
BİZİ İZLƏYİN