• Qaraciyər oladiləri resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 13 759

Tarix : 2-04-2016, 23:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Qəlyanaltılar / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 10-20

Nəfər sayı : Yox

Tərkibi:
700 q toyuq qaraciyəri
1 baş soğan
2 yumurta
45 q un
göy soğan
duz
istiot
1 l süd

göbələk sousu:
300 q şampinyon
6 x.q. qaymaq
duz
istiot
yağ

Hazırlanması:
Qaraciyəri təmizləyin. Daha yaxşı dadı olsun deyə qaraciyəri 3 saat süddə islatmaq olar.

Xırda doğranmış baş və göy soğanı, qaraciyəri blenderdə eynicinsli kütlə alınanadək xırdalayın. Yumurta, un vurub qarışdırın.

Tavanı yağlayın, içinə dəmir halqa formalar qoyun. İçinə alınan qarışıqdan töküb bişirin. Bir üzü qızaranda halqanı çıxarın, oladinin o biri üzünü çevirin. Hazır oladiləri boşqaba yığın.

Göbələk sousu: göbələyi doğrayın, yağda qızardın, bir qədər qaymaq töküb qapağını örtün, suyu quruyanda duz-istiot vurub ocaqdan götürün.

Oladiləri həmçinin kartof püresi ilə də süfrəyə verə bilərsiniz.

Qaraciyər oladiləri resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: qaraciyəri, istiot, olsun, sousu, soğan, töküb, qaymaq, vurub, Hazır, oladiləri, yığın, Göbələk, boşqaba, çıxarın, qızaranda, bişirin, halqanı, göbələyi, üzünü, oladinin
BİZİ İZLƏYİN