• Göyərtili plov resepti

Reseptin məlumatları Baxış sayı: 21 698

Tarix : 4-02-2016, 14:00

Bölmə : Quru yeməklər / Aş - Plov / Tərəvəz yeməkləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
2 toyuq
500 q soğan
100 q alça
500 q yağ
3 kq düyü
10 dəstə kəvər
10 dəstə şüyüd

qazmaq:
yumurta
qatıq
bişmiş düyü

Hazırlanması:
Əvvəlcə toyuqları duzlu suda bir az bişirib kənara qoyun ki, soyusun. Sonra düyünü isladın. Soğanı xırda-xırda doğrayın, duzlayıb acı suyunu çıxarın, göyərtini də eyni qaydada doğrayıb bir az duz vurub suyunu çıxarın. Sonra soğanla göyərtini qarışdırıb kənara qoyun.

Adi qaydada düyünü qaynadıb süzün.

Plovu dəmləyəcəyiniz qazana yağ əlavə edib, qızdırıb üzərinə kənarda çalınmış yumurta, qatıq və düyünü əlavə edin. Qazmaq bir az bərkiyəndən sonra qazanı ocaqdan alıb bişirdiyiniz toyuğu, üzərinə isə hazır göyərti-soğan qarışığını, alçanı yayın. Daha sonra qazanın ölçüsünə görə içliyin üzərinə islanmış tənzif salıb, düyünü əlavə edin. Düyünün üzərinə yağ əlavə edilmir. Ağzını örtüb 1 saat vam odda dəmə qoyun. Yağ plov süfrəyə verilərkən üzərinə əlavə edilir.

Nuş olsun!
Etiketlər: əlavə, üzərinə, düyünü, qoyun, qaydada, xırda, çıxarın, kənara, sonra, qatıq, suyunu, dəstə, Sonra, göyərtini, yumurta, soğan, alçanı, qarışığını, bişirdiyiniz, bərkiyəndən
BİZİ İZLƏYİN