• Badımcan dolması resepti

Reseptin məlumatları Baxış sayı: 20 254

Tarix : 26-11-2016, 11:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Dolmalar / Tərəvəz yeməkləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 8-10


Tərkibi:
10 badımcan
10 bibər
10 pomidor
1 kq mal əti
200 q quyruq
2 soğan
keşniş
şüyüd
reyhan
duz, istiot

Hazırlanması:
Əvvəlcə qiyməni hazırlamaq lazımdır. Bunun üçün əti ətçəkən maşının iri gözündən çəkib, üzərinə doğranmış soğan və duz əlavə edib bişirin. Qiymənin suyu çəkilib, hazır olana yaxın pomidorların içərisinin sulu hissəsini çıxarın, xırdalayıb ətin üzərinə əlavə edib 5 dəqiqə də belə qovurun. Qiymə tam hazır olduqda doğranmış göyərtiləri əlavə edib, qarışdırıb ocağı söndürün.

Sonra tərəvəzlər hazırlanır. Əvvəlcə bibərin saplaq hissəsini qapaq formasında kəsib içinin tumlarını təmizləyin, sonra badımcanın qabığını 1-2 yerdən soyub, orta hisəsini kəsib çıxarın. Sonra içləri çıxarılmış tərəvəzləri duzlayıb-istiotlayın və hazırladığınız qiymədən doldurun. Badımcanların əvvəlcədən kəsib-çıxardığınız iç hissələrini tavanın dibinə yığıb (belə etdikdə dolmaların alt hissəsinin yanma ehtimalı az olar) üzərinə yağ və bir az da su tökün. Pomidor və bibərlərin də içini qiymə ilə doldurduqdan sonra kəsdiyiniz üst hissələrini qapaq formasında üzərinə qoyub, badımcanlarla birgə tavaya yığın. Tavanı əvvəlcə qaynar ocağın üstünə qoyun, yeməyin suyu qaynayan kimi, alovu azaldıb, zəif odda 1-1,5 saat bişirin. Badımcanlar yumşaldıqda yemək bişmiş sayılır. Badımcan dolmasının yanında süfrəyə sarımsaqlı qatıq da vermək olar.

Nuş olsun!
Etiketlər: üzərinə, əlavə, kəsib, hazır, doğranmış, bişirin, çıxarın, qapaq, hissələrini, sonra, formasında, Sonra, hissəsini, soğan, Əvvəlcə, sarımsaqlı, qatıq, yanma, ehtimalı, tökün
BİZİ İZLƏYİN