• Qat-qat xəmirlə kabab resepti

Reseptin məlumatları Baxış sayı: 14 867

Tarix : 31-01-2016, 14:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Kabablar / Duzlu xəmir işləri / Qəlyanaltılar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
500 q qiymə
500 q mayasız qat-qat xəmir
3 x.q. soya sousu
qara istiot
1 baş soğan
2 diş sarımsaq
kahı

Hazırlanması:
Soğanı sürtgəcdən keçirin (ət maşınından da çəkə bilərsiniz), qiyməyə qatın. Soya sousu, istiot, xırdalanmış sarımsaq əlavə edin, duz vurarkən soya sousunun duzlu olduğunu nəzərə alın. Qiyməni yaxşıca qarışdırıb 30 dəqiqə soyuducuda saxlayın.

Bu müddətdən sonra qiymədən küftələr tutun (1 şiş üçün 4 küftə, birinin çəkisi 25 q olmaqla). Xəmiri düzbucaqlı yayın, küftələrin diametrindən bir qədər enli şəridlərə doğrayın.

Şişləri əvvəlcədən suda 2 dəqiqə isladın. Sonra aralarına xəmir keçirməklə küftələri şişə çəkin. Yağlanmış siniyə düzüb 180 dərəcə qızdırılmış sobada təxminən 30-40 dəqiqə bişirin.
Boşqaba kahı yarpaqları düzün, kababları üstünə qoyun.

Nuş olsun!
Etiketlər: dəqiqə, sarımsaq, sousu, istiot, xəmir, əvvəlcədən, Şişləri, keçirməklə, aralarına, doğrayın, Sonra, isladın, diametrindən, düzbucaqlı, Xəmiri, yayın, küftələrin, qədər, küftələri, şəridlərə
BİZİ İZLƏYİN