• Çörəklə bişirilmiş toyuq resepti

Reseptin məlumatları Baxış sayı: 16 080

Tarix : 13-03-2016, 20:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Duzlu xəmir işləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
1 toyuq
400 q buğda çörəyi
250 q baş soğan
2 diş sarımsaq
100 q qara zeytun (yaxud zoğal)
4 x.q. zeytun yağı
1 x.q. kəklikotu qurusu
duz
qara istiot

Hazırlanması:
Həvəngdəstədə sarımsaq, duz və dənəvər istiotu döyün. 3 x.q. zeytun yağı əlavə edin.
Baş soğanı halqa doğrayın (nə qədər çox olsa, bir o qədər dadlı olacaq).

Toyuğun ətini sümüyündən ayırın. (Ayrıca toyuq hissələri - bud, yaxud qanad da olar. Tək toyuq döşü isə quru alınır). Əti bir qaba yığıb kəklikotu və sarımsaqlı marinad qataraq qarışdırın, soğanı əlavə edib bir daha qarışdırın. 30 dəqiqə saxlayın.

Çörəyi kubik doğrayın (çox xırda olmasın).

Sinini zeytun yağıyla yağlayın. Çörək kubiklərini düzün. Toyuq ətini üzərinə düzün (amma soğansız), marinadı üstünə gəzdirin.

200 dərəcə qızdırılmıq sobada 20 dəqiqə bişirin. Çıxarıb soğanı toyuğun üzərinə düzün. Daha 15 dəqiqə bişirin. Qara zeytun düzüb süfrəyə isti-isti verin.

Nuş olsun!
Etiketlər: zeytun, düzün, dəqiqə, soğanı, toyuq, qədər, əlavə, üzərinə, ətini, qarışdırın, bişirin, doğrayın, kəklikotu, yaxud, sarımsaq, Çörək, olsun, yağlayın, kubiklərini, Sinini
BİZİ İZLƏYİN