• Pendirli omlet resepti

Reseptin məlumatları Baxış sayı: 20 451

Tarix : 20-04-2016, 21:00

Bölmə : Quru yeməklər / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 0-10

Nəfər sayı : 1-2


Tərkibi:
2 ədəd yumurta
1 stəkan süd
2 kibrit qutusu qədər ağ pendir
2 yemək qaşığı un
1 yemək qaşığı kərə yağı
5-6 ədəd cəfəri
1 çay qaşığı duz
Pulbibər, qara istiot (zövqə görə)

Hazırlanması:
Cəfərini incə doğrayın.
İri qabda yumurtanı çalın.
Çırpılan yumurtalara əzilmiş ağ pendir və südü əlavə edin.
Unu da az-az və qarışdıraraq əlavə edin.
Duz və cəfərin, istəyə görə digər ədviyyatları əlavə edin.
Tavanı yaxşı isidib yağı əlavə edin.
Yağ əriyib qızdıqdan sonra qarışımı tavaya tökün.
Az odda o yan bu yanlı tam bişirin.

Nuş olsun!
Etiketlər: əlavə, qaşığı, yemək, pendir, Tavanı, yaxşı, ədviyyatları, qarışdıraraq, cəfərin, istəyə, digər, isidib, sonra, yanlı, bişirin, olsun, tökün, tavaya, qızdıqdan, qarışımı
BİZİ İZLƏYİN