• Qarabaşaq və göbələk içlikli toyuq döşü resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 10566

Tarix : 12.04.2016, 23:00

Bölmə : Quru yeməklər, Toyuq yeməkləri, Qəlyanaltılar, Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6




Tərkibi:
4 toyuq filesi
1 st. qarabaşaq yarması (qreçka)
2 st. su
500 q şampinyon
1 baş soğan
500 ml 22%-li qaymaq
2 x.q. bitki yağı
1 x.q. kərə yağı
duz
qara istiot

Hazırlanması:
Qarabaşağı axar soyuq su ilə yuyun.

Tavaya 2 st. su tökün, qaynara düşəndə duz və qarabaşaq yarması əlavə edin. Qaynamağa başlayanda ocağı azaldın, tavaın qapağını qoyub suyu tam çəkilincə bişirin.

İri tavada bitki və kərə yağlarını qızdırın, xırda doğranmış soğanı töküb qızılı rəng alanadək qovurun. Fal-fal doğranmış göbələyi əlavə edib qovurun, göbələyin suyu çəkilənəcən bişirin. Duz, istiot vurun.

Qarabaşağı göbələyin az bir hissəsi ilə qarışdırın.

Filenin ortasında iti bıçağın köməyi ilə kəsiklər edin (dibinədək kəsməyin), qayıq kimi yer açın. Ətin hər tərəfinə duz-istiot qarışığı çəkin. İçinə qarabaşaqla qarışdırılmış göbələk qoyun, kəsib çıxardığınız "qapağı" üstünə yerləşdirin.

Adi, yaxud qril-tavada iki x.q. bitki yağını qızdırın, filelərin hər iki üzünü qızılı rəng alanadək qovurun.

Tavadakı qalan göbələyi ocağın üstə qoyub, üzərinə qaymaq tökün, qaynara düşəndə duz-istiot qatın. Qızartdığınız toyuq filelərini içinə yerləşdirib qapağını örtün, 10 dəqiqə bişirin.

Qarabaşaq və göbələk içlikli toyuq döşü resepti - FOTO RESEPT

Qarabaşaq və göbələk içlikli toyuq döşü resepti - FOTO RESEPT

Qarabaşaq və göbələk içlikli toyuq döşü resepti - FOTO RESEPT

Qarabaşaq və göbələk içlikli toyuq döşü resepti - FOTO RESEPT

Qarabaşaq və göbələk içlikli toyuq döşü resepti - FOTO RESEPT

Qarabaşaq və göbələk içlikli toyuq döşü resepti - FOTO RESEPT


Nuş olsun!

Etiketlər: Qreçaniikləri, istiot, bitki, qovurun, bişirin, qoyub, əlavə, qaynara, düşəndə, qapağını, tavada, alanadək, göbələyi, qızılı, doğranmış, qızdırın, tökün, göbələyin, qaymaq, toyuq, qarabaşaq
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN