• Toyuq çəlləkləri resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 15 167

Tarix : 30-01-2016, 20:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Qəlyanaltılar / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
2 baqet
2 toyuq filesi
1 baş soğan
1 diş sarımsaq
400 q şampinyon
200 ml 10%-li qaymaq
1 pomidor
100 q pendir
xama
duz
istiot
göyərti

Hazırlanması:
Toyuq ətini ət maşınından keçirin.

Soğanı xırda doğrayıb tavada qovurun.

Baqetləri eninə bir neçə hissəyə bölün (eyni boyda), içini səliqə ilə çıxarın.

Toyuq ətini qovrulmuş soğan, xırdalanmış sarımsaq, duz, istiotla qarışdırıb "silindr"lərin içinə doldurun.

Şampinyonları xırda doğrayın. Qaymaq əlavə edib birlikdə bişirin.

"Çəllək"lərin üzərinə göbələk sousu, 1 dilim pomidor, xama qoyun, sürtgəcdən keçirilmiş pendir səpin. 220 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.

Toyuq çəlləkləri resepti - FOTO RESEPT

Toyuq çəlləkləri resepti - FOTO RESEPT

Toyuq çəlləkləri resepti - FOTO RESEPT

Toyuq çəlləkləri resepti - FOTO RESEPT

Toyuq çəlləkləri resepti - FOTO RESEPT

Toyuq çəlləkləri resepti - FOTO RESEPT

Toyuq çəlləkləri resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: Toyuq, ətini, bişirin, xırda, pomidor, pendir, lərin, soğan, sarımsaq, içinə, birlikdə, Çəllək, silindr, əlavə, Şampinyonları, üzərinə, doğrayın, Qaymaq, doldurun, qoyun
BİZİ İZLƏYİN