• Evdə hazırlanan simit resepti

Reseptin məlumatları Baxış sayı: 17 589

Tarix : 31-05-2016, 15:00

Bölmə : Quru yeməklər / Duzlu xəmir işləri / Qəlyanaltılar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 8-10


Tərkibi:
1 çay stəkanı ilıq süd
1 çay stəkanı ilıq su
125 qram kərə yağı
Yarım çay stəkanı duru yağ
1 yumurta
1 paket instant maya
1 şirin qaşığı duz
2 yemək qaşığı şəkər
Aldığı qədər un (yumşaq bir xəmir pıacaq)

üzəri üçün:
3 yemək qaşığı bəkməz (doşab)
3 yemək qaşığı su
qovrulmuş susam

Hazırlanması:
Kərəyağını əridib soyumağa qoyun.
Yoğurma kabımıza Süd, şəkər, duru yağ və maya qoyub əlimizlə qarışdırın. 5-6 dəqiqə gözlədib digər vəsaitləri əlavə edib yumşaq ələ yapışmayan bir xəmir əldə edirik 20 dəqiqə saxlayırıq. Xəmirdən naringi böyüklüyündə vəzilər qoparıb şəkil verib əvvəl bəkməzli qarışığa sonrada susama bulayıb yağlı kağız sərilmiş nimçəyə düzürük. Əvvəldən isidilmiş 200 dərəcə sobada üzəri qızarana qədər bişiririk.

Nuş olsun!
Etiketlər: qaşığı, yemək, stəkanı, şəkər, qədər, xəmir, üzəri, yumşaq, dəqiqə, əvvəl, verib, bəkməzli, qarışığa, sonrada, şəkil, saxlayırıq, böyüklüyündə, susama, naringi, Xəmirdən
BİZİ İZLƏYİN